“Golden City” yaşayış kompleksi bənzərsiz memarlığı və təkrarolunmaz daxili interyeri ilə seçilən möhtəşəm tikili olmaqla yanaşı bütün müasir standartlara cavab verən kompleksdir. Binada təhlükəsizlik xidmətinin təmin olunması üçün bütün avadanlıqlar quraşdırılmışdır. Yaşayış kompleksi Nəsibbəy Yusifbəyli və Novruzov qardaşları küçəsinin kəsişməsində yerləşir, binanın 1-ci mərtəbəsində istənilən ticarət, ofis, klinika, iaşə və digər obyektlər üçün ən ideal imkanlar mövcuddur. Ərazi aktiv infrastruktur və yüksək nəqliyyat axını ilə fərqlənir.
